27 İyun 2016 13:44
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin komitə sədrlərinin müavinləri Eldar Quliyev, Musa Quliyev və Jalə Əliyeva, deputatlardan Çingiz Qənizadə və Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 47-ci sessiyasında iştirak etmək üçün iyunun 27-dən iyulun 1-dək Rusiya Federasiyasında səfərdə olacaqlar.

Teleqraf.com xəbər verir ki, Moskva şəhərində keçiriləcək toplantıda QDİƏT regionunda iqtisadi əməkdaşlıq vasitəsi ilə sülhün, sabitliyin və firavanlığın təmin olunması ilə əlaqədar müzakirələr keçiriləcək, quruma üzv dövlətlərdə qaçqınların vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq.

Nemət


Müəllif:

Oxşar xəbərlər