Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) tanınmış üzvü Sahib Kərimov Moskvaya səfər edib.
Teleqraf.com-un məlumatına görə, S.Kərimov Rusiya paytaxtında Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovla görüşərək müzakirə aparıb.
Lakin bu səfərin Milli Şura və AXCP ilə hər hansı bir bağlılığı yoxdur.
Qeyd edək ki, Sahib Kərimov AXCP-nin sonuncu qurultayında sədrliyə namizədliyini irəli sürüb. Lakin sonradan namizədliyini geri çəkən S.Kərimov bildirib ki, növbəti qurultaya qədər Əli Kərimliyə şans verir.
Hazırda Sahib Kərimovun AXCP rəhbərliyi ilə münasibətləri isti deyil.
Cavad