1 İyul 2016 17:09
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 1-də Azərbaycan Nazirlər Kabinetində Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın XI iclası keçirilib.

Əvvəlcə Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri – Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovun və Ukrayna Baş nazirinin birinci müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfatı naziri Gennadi Zubkonun görüşü keçirilib.

Sonra həmsədrlər Yaqub Eyyubovun və Gennadi Zubkonun başçılıq etdikləri Azərbaycan və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə Hökumətlərarası Komissiyanın iclası olub.

Baş nazirin birinci müavini Yaqub Eyyubov Azərbaycanın iqtisadi göstəricilərindən, ölkəmizdə aparılan islahatlardan, biznesin inkişafına yaradılan şəraitdən danışıb. O, Azərbaycan-Ukrayna münasibətlərinə toxunaraq, iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinin və genişlənməsinin əhəmiyyətini vurğulayıb, yaxın, dost və tərəfdaş ölkələrdən biri adlandırdığı Ukrayna ilə əlaqələrin inkişafında Azərbaycanın maraqlı olduğunu bildirib.

Ukrayna Baş nazirinin müavini Gennadi Zubko bildirib ki, bugünkü görüşün əsas məqsədi qarşılıqlı iqtisadi fəaliyyətin prioritetlərini müəyyən etmək, ticari-iqtisadi əməkdaşlıq göstəricilərini yaxşılaşdırmaq və biznesi inkişaf etdirmək üçün yollar axtarmaqdır.

Görüşün yekunlarına görə, gələcək iqtisadi əməkdaşlığın energetika, nəqliyyat, aqrar-sənaye kompleksi və maşınqayırma kimi dörd prioritet istiqaməti müəyyən olunub.

İclasın yekunlarına əsasən, Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın XI iclasının Protokolu imzalanıb. Sənədi Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Ukrayna Baş nazirinin müavini Gennadi Zubko imzalayıblar.

Ukrayna hökumət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində ölkəmizin müxtəlif idarə və nazirliklərində görüşlər keçiriləcək. ("Azərtac")


Müəllif:

Oxşar xəbərlər