20 İyul 2016 20:52
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti İlham Əliyev Belçika kralı Filipə təbrik məktubu göndərib. Teleqraf.com-un xəbərinə görə, məktubda deyilir:

“Əlahəzrət. Ölkənizin milli bayramı – kralın andiçmə günü münasibətilə Sizə və Sizin simanızda bütün belçikalılara şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.


Müəllif: