Laçın Alayının sabiq komandiri Arif Paşayev Avropa dəyərlərinə qarşıdır.
Teleqraf.com xəbər verir ki, bu haqda Arif Paşayev özünün Feysbuk profilində bildirib.
O qeyd edib ki, Avropa dəyərləri gülünc bir şey və aldanışdır: “Pula və hakim mövqeyə söykənən Avropa dəyərlərinin zora və cəhalətə söykənən bəzi Afrika dəyərlərindən fərqi məzmunda və mahiyyətdə deyil, sadəcə formadadır. Hər iki dəyər milli iradəni rədd edir. Biri özgəsini inkar edir, digəri özünü. Biz deyirik ki, rədd olsun bütün yad dəyərlər. Yaşasın milli dəyərlər və milli iradə”.
Cavad