Avqustda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın həmsədr ölkələrin xarici işlər nazirləri ilə görüşləri keçiriləcək.
Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Cim Kosta “news.am” saytına müsahibəsində deyib. “Mən bilirəm ki, avqustda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin Rusiya xarici işlər naziri Serqey Lavrov, Fransa xarici işlər naziri Jan Mark Eyro və ABŞ dövlət katibi Con Kerri arasında görüş keçiriləcək. Mənə deyiblər ki, Rusiya prezidenti Vladimir Putin Bakıda Azərbactab prezidentinə razılaşdırılmış prinsipləri təqdim edəcək” - deyə o, əlavə edib.