4 Avqust 2016 18:52
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Referendum Aktı ilə bağlı müxalifət düşərgəsinin fəaliyyətini koordinasiya etmək cəhdləri baş tutmayıb.

Belə ki, Müsavat Partiyasının başqanı Arif Hacılı AXCP sədri Əli Kərimli ilə görüşərək müzakirələr aparıb.

Müzakirələrdə referendum mövzusunda birgə hərəkət etmək məsələsi qaldırılıb. Müsavat başqanı bu təklifi irəli sürsə də, AXCP sədri son anda birgə addımlamağın mümkünsüzlüyünü dilə gətirib. Bununla da, müxalifət düşərgəsinin iki böyük partiyası arasında yaxınlaşma baş tutmayıb.

Bundan başqa, daha bir maraqlı məqam da yaşanıb.

Əldə etdiyimiz məlumata görə, Müsavat Partiyası “Respublika” təşəbbüs qrupu yaratmazdan bir neçə gün əvvəl geniş iclas keçirib. İclasda Müsavatın sabiq başqanı İsa Qəmbər də iştirak edib. Məlumata görə, həmin toplantıda sabiq başqan İsa Qəmbər təklif edib ki, əksər siyasi qüvvələri və ictimai siyasi xadimləri dəvət edərək ümumi bir toplantı təşkil edilsin, burada məsələlər müzakirə olunsun və sonda təşəbbüs qrupu yaratmaq haqda qərar verilsin. Həmin toplantıda təklif edilib ki, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də toplantıya dəvət olunsun. İsa Qəmbər bu təklifə isti yanaşıb. Lakin Müsavat başqanı Arif Hacılı bu təklifə qarşı çıxıb, bildirib ki, buna ehtiyac yoxdur.

Beləcə, AXP sədri Pənah Hüseyn və digər ictimai-siyasi xadimlərin bu prosesdə Müsavatla birgə iştirak etməsinin qarşısı kəsilib.

Cabbar


Müəllif:

Oxşar xəbərlər