Türkiyə Ermənistanla sərhədləri açmaq fikrində deyil.
Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşqun jurnalistlərə deyib.
Səfir bildirib ki, sərhədlərin hansı səbəbdən bağlı qalması və hansı halda açılacağı bütün ictimaiyyətə məlumdur.
O vurğulayıb ki, Türkiyə həmişə olduğu kimi regionda sülh və sabitliyin tərəfdarıdır, çünki bu həm regiona daxil olan ölkələrin, eləcə də Türkiyənin marağındadır. ("Trend")