5 Avqust 2016 14:58
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş katibinin İraq üzrə xüsusi nümayəndəsi və BMT-nin İraqdakı Dəstək Missiyasının rəhbəri Yan Kubişin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər, sülhün və sabitliyin təmin olunması istiqamətində BMT tərəfindən həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək ATƏT Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində dəfələrlə qeyd etdikləri kimi mövcud status kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər