“Siyasi partiyalar dini təşkilatlara çox bənzəyir, onları birləşdirən ortaq nöqtələr çoxdur. Dində və siyasi partiyada ideologiya, axın, məzhəb, təriqət fərqliliklərinin təməlində rəngarəng insan təbiəti yatmaqdadır. Fərqli siyasi ideologiyalar, axınlar və təriqətlər bundan sonra da olacaq və yeniləri qurulacaq. İnsan fantaziyasının həddi yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu professor Xaləddin İbrahimli “Din nə üçün siyasətdən ayrı olmalıdır?” sualına cavab verərkən deyib.
Politoloq hesab edir ki, din siyasətdən ayrı olmalıdır:
“Cavab sadədir. Din həyat formasıdır, hər kəsə aiddir. Siyasət idarə sənətidir, seçilənlərə, yəni idarə edənlərə aiddir. Din hər kəsi idarə etməyə cəhd göstərdikdə artıq siyasət meydanına girmiş olur və mütləq qarşısında başqa bir dünyagörüşü, yəni məzhəbi, təriqəti tapır. Ona görə də, din siyasət meydanında təhlükəlidir. Ancaq siyasi partiya siyasət meydanında olduğunda qarşısında başqa bir siyasi partiyanı tapacaq.
Bu, demokratiyadır. Demək ki, demokratiyanın təmin edilməsi üçün din siyasətdə olmamalıdır. İkincisi, bir siyasi partiyanın qarşısında mütləq başqası olmalıdır. Bir sözlə, tək partiyalı demokratiya olmaz”.
Cavad