18 Sentyabr 2016 19:32
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müsavat" Partiyasının bugünkü mitinqi onların ötən əsrin 90-cı illərində olduğu kimi çirkin niyyətli və qaragüruhçu olduğunu göstərdi. İsa Qəmbərin mitinqdəki çıxışı AXC-"Müsavat"ın hakimiyyətdə olduğu dövrdə olan çirkinlikləri yada salır".

Bunu Milli.Az-a politoloq Elçin Mirzəbəyli deyib.

Politoloq qeyd edib ki, radikal düşərgədə bu günə qədər siyasi proseslərə yanaşma tərzi, demək olar ki, dəyişməyib: "Bu insanların düçüncələri də 90-cı illərdən bu günədək, təəssüflər olsun ki, bir addım da irəliləməyib. Bu fəaliyyət təkcə həmin o düşərgənin özünə və orada vaxtını itirən bir qrup azsaylı insana deyil, eyni zamanda Azərbaycanda çoxpartiyalı sistemin və siyasi partiyalar arasında münasibətlərin daha da inkişaf etməsinə maneə yaradır. Bu insanların ölkə siyasətində uzun müddət mövcud olması son nəticədə Azərbaycanın daxili siyasətinə də müəyyən təsir göstərib".

E.Mirzəbəylinin sözlərinə görə, mitinqə cəlb edilən insanların bir qismi muzdlular olub: ""Müsavat" "Milli Şura" ilə birgə mitinq keçirməyi planlaşdırır. Yaxşı baxsaq, görərik ki, bəzi adamlar həm "Milli Şura"nın, həm "Müsavat"ın mitinqində iştirak ediblər. Eyni adamların iki fərqli mitinqdə iştirak etməsi göstərir ki, onların böyük əksəriyyəti muzdlu insanlardır və bu barədə çoxsaylı faktlar var. "Milli Şura" ilə "Müsavat" arasında bu mitinq yarışının əslində səbəbi ayrılan vəsaitlərin bölüşdürülməsi və ayrı-ayrı qüvvələr tərəfindən həmin qruplara ötürülən vəsaitlərin silinməsidir. Mitinqlərin təşkilinə nə qədər vəsaitin ayrılması ilə bağlı artıq mətbuatda məlumatlar gedib. Bunların müəyyən hissəsi dəqiq faktlara söykənir. Həmin o vəsaitlərin köməyi ilə insanları mitinqə cəlb etməyə çalışırlar. Eyni zamanda, sosial şəbəkələrdə yayılan şəkillərdə fotoşop effekti ilə insanların sayının artırılmasına cəhd göstərirlər ki, pul aldıqları dairələrin qarşısında öhdəliklərinə əməl etdiklərini nümayiş etdirsinlər. Bu, artıq uzun illərdir ki, həmin siyasi dairədə, radikal qütbdə davam edən mənzərədir".


Müəllif:

Oxşar xəbərlər