Milli Şura adlanan qurumun bu ay ərzində keçirdiyi iki mitinqdə radikal dini-ekstremistlərin və bu cür fəaliyyətlərə görə həbs olunmuş şəxslərin yaxınları da iştirak edirdi. Mitinq təşkilatçıları özlərini illərlə cəmiyyətə milli-demokratik düşərgənin təmsilçisi, Avroatlantik strukturlara inteqrasiyanın tərəfdarları kimi təqdim etsələr də, son iki mitinq bu illüziyanın sabun köpüyü kimi dağılmasına səbəb oldu.
Bəlli oldu ki, Qərb dəyərlərinin təbliğatçısı kimi çıxış edən şəxslər əslində öz şəxsi ambisiyalarını, hakimiyyət hərisliyini təmin etmək üçün istənilən siyasi qüvvə ilə – hətta, Dağlıq Qarabağdakı separatçılarla əməkdaşlığa hazır olan mariginal qrup kimi ortalıqda dolaşırlar. Yeri gəlmişkən, sentyabrın 15-də ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında Azərbaycanda insan haqlarının durumu və bunun ABŞ siyasətinə təsiri ilə bağlı dinləmələrdə, başqa sözlə desək, Azərbaycana qarşı olan dinləmələrdə AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın oğlu Armen Saakyanın birgə, eyni mövqedən çıxış edib.
Onu da bildirək ki, Armen Saakyan ABŞ-dakı erməni diasporunun ən nüfuzlu qurumlarından sayılan Amerika Erməni Milli Konqresinin (ANCA) fəallarındandır. Bu baxımdan sabah AXCP-nin və Milli Şuranın öz çirkin planlarını həyata keçirmək üçün Azərbaycan əleyhinə olan istənilən siyasi qüvvə, məsələn, “Qırmızı Kxmerlər”lə əməkdaşlıq edəcəyinin şahidi olsaq, heç də təəccüblənməməliyik.
Aşağıda sizə təqdim etdiyimiz fotolar Milli Şuranın və bu təşkilatın hərəkətverici qüvvəsi olan AXCP-nin əsl mahiyyətinin üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Buyurun, özünüz nəticə çıxarın.
Milli Şura və radikal islamçıların müştərək qəhrəmanları
Əsas sosial baza: hicablılar və saqqallılar
Bura Qum deyil, bura Milli Şuranın mitinqi zamanı “Məhsul” stadionundur
“Amerikaya ölüm”, “İsrailə ölüm” şüarlarını Azərbaycan siyasətinə gətirmiş şəxsin plakatları qərbçilərin mitinqlərinin bəzəyidir
Səxavət