Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin “Seçkilər” İnformasiya Mərkəzinin müdiri Fərid Orucov referendumla bağlı saat 10:00-a olan ölkə üzrə seçisi fəallığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Fərid Orucov 5 min 627 seçki məntəqəsindən 5 min 591-nin hesabat verdiyini bildirib.
O deyib ki, saat 10:00-a olan məlumata görə, səs vermiş seçicilərin sayı 680 min 438 nəfər təşkil edir:
“Saat 10:00-a olan məlumata görə, ölkə üzrə seçici fəallığı 12,9 faiz təşkil edib”.
Səxavət HƏMİD