26 Sentyabr 2016 12:16
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

32 saylı Suraxanı rayonu üçüncü seçki dairəsinin 11 saylı seçki məntəqəsində 300-də yuxarı seçici referendumda iştirak edib.

Məntəqənin sədri Ceyran Novruzova Teleqraf.com-a açıqlamasında bildirib ki, siyahıdan öz xahişləriylə çıxanların sayı 12-dir: “Səsvermə saat 8:00-da başlayıb. Hazırda səsvermə prosesi davam edir. Çox yüksək seçici fəallığı var. İndiyə qədər 300-dən çox insan səs verib. Ümumilikdə seçici siyahısında 1310 nəfər qeydiyyatdadır. Seçici siyahıları siyahıya alınandan sonra onlardan beş nəfəri vəfat edib. Seçici siyahıları hazırlanmamışdan öncə 12 nəfər qeydiyyatdan çıxıb, 19 nəfər isə qeydiyyata düşüb. Siyahıda 34 nəfər gənc seçici var, onlardan 6-sı ilk dəfə səs verənlərdir”.

Ceyran Novruzova seçki prosesində heç bir qanun pozuntusunun baş vermədiyini bildirib: “Qanun pozuntusu olmayıb. Seçki prosesini 26 nəfər yerli müşahidəçi izləyir”.

Nərmin


Müəllif: