26 Sentyabr 2016 13:16
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar bu gün Azərbaycanda keçirilən ümumxalq səsverməsi (referendum) ilə bağlı Mərkəzi Seçki Komissiyasında (MSK) 115 saylı “qaynar xətt” yaradılıb.

Bu barədə Teleqraf.com-a MSK-nın mətbuat xidmətinin rəhbəri Şahin Əsədli məlumat verib.

MSK rəsmisi deyib ki, indiyədək “qaynar xətt”ə referendumla bağlı bir neçə müraciət daxil olub:

“Ancaq bu müraciətlər şikayət xarakteri daşımayıb. Həmin müraciətlər seçki məntəqələrinin ünvanını dəqiqləşdirməklə, seçicilərin adının siyahıda olub-olmaması ilə bağlı sorğu xarakterli olub”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər