27 Sentyabr 2016 12:32
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Turizm Şurasının 2017-ci ildə fəaliyyətə başlaması bu sahənin daha çox inkişaf etməsinə şərait yaradacaq”.

"Turizm işçiləri günü" ilə bağlı keçirilən mətbuat konfransında bu sözləri Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, Şuranın tərkibində bir neçə dövlət qurumu birləşəcək: “Ticarət festivallarının keçirilməsi də tutizmin inkişafında böyük rol oynayır. Bu tədbirlərə xərclənən vəsaitin 20-30 faizi geri qayıdır. Azərbaycanın gələn il ən azı iki dəfə 10-15 günlük ticarət festivalı keçirmək imkanı olacaq.

Azərbaycanın turizm zonaları - Quba, Qusar və Xızıda müvafiq ərazilər artıq turizm sektoru üçün fəaliyyət göstərəcək. Bu zonalarla bağlı xüsusi layihələr hazırlanıb.

Eyni zamanda, Dubayda, Rusiyada, Almaniyada olduğu kimi digər ölkələrdə də nümayəndəlik açmağı planlaşdırırıq".

Nazir bildirib ki, sərhəd məntəqələrində buraxılış sisteminin təkmilləşdirilməsi üçün tədbirlər görülür: "Artıq 3 ulduzlu otellərin tikilməsinə böyük ehtiyac var. Bu istiqamətdə digər qurumlarla birgə layihələr həyata keçirilir. Termal turizm artıq öz axarına düşüb. Qış mövsümündə də daimi turizmin təmin edilməsi üçün layihələr həyata keçirilir. Ölkəyə gələn turistlərin rahtlığını təmin etmək üçün digər qurumlarla birgə işlər görüləcək".

***

"Yay mövsümündə regionlardakı otellərin ortalama 95 faizi dolub".

Teleqraf.com xəbər verir ki, bunu "Turizm işçiləri günü" ilə bağlı keçirilən mətbuat konfransında Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, bəzi rayonlarda otellər 90 faizdən çox dolub: "İsmayıllıda 92, Şamaxıda 92, Qəbələdə 100, Lerikdə 90, Göygöldə işə 95-100 faiz otellər tutulub".

Nazir əlavə edib ki, bir sıra rayonlarda isə vəziyyət fərqli olub: "Təəssüf ki, Xızıda, Mingəçevirdə otellərin 30 faizi tutulub. Yay mövsümində dövlət mehmanxanaların isə yalnız 60 faizi tutulub".

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər