28 Sentyabr 2016 18:45
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Azərbaycanı Venesiya Komissiyasının konstitusiyaya dəyişikliklərlə bağlı rəyini nəzərə almağa çağırır.


APA-nın Aİ-yə istinadən verdiyi məlumata görə, bu barədə Aİ-nin Azərbaycanda keçirilən referendumla bağlı açıqlamasında deyilir.


Açıqlamada deyilir ki, AŞPA-nın qiymətləndirmə missiyasının ilkin açıqlamasına görə, əhalinin əksəriyyəti sakit şəraitdə keçirilmiş referendumda irəli sürülmüş 29 dəyişikliyin lehinə səs verib: “Əvvəlcədən parlamentdə gedən debatlar zamanı bəzi çatışmazlıqlar qeydə alınıb".


Avropa İttifaqı Azərbaycanı konstitusiya dəyişiklikləri layihəsinin həyata keçirilməsi zamanı Venesiya Komissiyasının rəyini nəzərə almağa çağırır: "Avropa İttifaqı bu və digər vacib məsələlərdə Azərbaycanla dialoq aparmağa davam edəcək”.


Müəllif:

Oxşar xəbərlər