ATƏT PA-nın Makedoniyanın paytaxtı Skopyada keçiriliən 15-ci payız sessiyası oktyabrın 1-də işini davam etdirib.
Teleqraf.com-un ATƏT PA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, qurumun Daimi Komitəsinin iclasında ATƏT PA-nın vitse –prezidenti Azay Quliyev Cənubu Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycanda keçirilən referendumla bağlı toxunduğu məsələ ilə əlaqədar çıxış edib.
Millət vəkili bildirib ki, sentyabrın 26-da keçirilən referendumun nəticələri Azərbaycan xalqının iradəsini ifadə edir və Konstitusiyaya edilən əlavə və dəyişikilər xalqımızın maraqlarına tam cavab verir: "Referendumun nəticələri yeni islahatların başlanğıcıdır və Azərbaycan xalqı bu məsələyə böyük ümidlə yanaşır.
Referendumu 30 ölkədən olan 147 beynəlxalq və minlərlə yerli müşahidəçi, o cümlədən AŞPA –nın nümayəndələri yaxından izləmiş və referendumun keçirilməsini və onun rəsmi nəticələrini azad, ədalətli , demokratik və legitim hesab etmişdir. Səsvermə zamanı seçicilər böyük fəallıq nümayiş etdirmişlər".