12 Oktyabr 2016 19:13
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Mixael Linklə görüşüb.

MSK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ATƏT/DTİHB-nin direktoru MSK ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək və daha da inkişaf etdirmək istədiklərini bildirib. Qeyd edib ki, bu cür görüşlər əlaqələrin dərinləşməsinə öz töhfəsini verir.

M.Pənahov diqqətə çatdırıb ki, MSK beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıqdır və bu münasibətlər Azərbaycanda seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında, əldə olunan nailiyyətlərdə və qazanılmış yaxşı təcrübələrdə mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda hazırda mövcud olan hərtərəfli şərait və demokratik mühit seçkilərin də azad, ədalətli və şəffaf keçirilməsinə geniş imkanlar yaradır.

Görüş çərçivəsində M.Link həmçinin, M.Pənahovu bu ilin noyabr ayında Vyanada keçiriləcək seçki məsələlərinə həsr olunan tədbirə şəxsən dəvət etməkdən məmnunluğunu bildirib.

Görüşdə həmçinin qurumlar arasındakı əməkdaşlıqdan əldə olunmuş təcrübə müzakirə edilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər