Oktyabrın 17-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan rəsmi qəbul təşkil edilib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.
Azərbaycanın dövlət himni səslənib.
Prezident İlham Əliyev rəsmi qəbulda nitq söyləyib.