Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Zalberin Azərbaycana səfərinin detalları məlum olub.
Aİ-nin Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, səfər oktyabrın 25-də reallaşacaq və 3 gün davam edəcək.
Herbert Zalber Bakıda rəsmi şəxslərlə bir sıra görüş keçirəcək və Azərbaycanla Aİ arasında əlaqələrin inkişafı, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə olunacaq.