23 Oktyabr 2016 14:37
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 23-də Tehranda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə xüsusi işçi qrupun 47-ci iclası keçirilir.

Teleqraf.com Azərtac-a istinadən bildirir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iclası açaraq Xəzərin hüquqi statusu ilə bağlı müzakirələrin qarşılıqlı anlaşma şəraitində keçdiyini qeyd edib. O, tərəflərin müzakirələr zamanı konstruktiv mövqe nümayiş etdirdiklərini, bunun da problemin ədalətli şəkildə həll olunmasına imkan yaratdığını söyləyib.

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov çıxışında bildirib ki, Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması istiqamətində aparılan danışıqlar konstruktiv xarakter daşıyır. Dövlət başçılarının Zirvə toplantıları çərçivəsində əldə olunmuş razılaşmalar, qəbul edilmiş qərarlar Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın əsas prinsiplərinin razılaşdırılması prosesinə öz töhfəsini verib və ümumilikdə Konvensiya layihəsi üzrə işin sürətləndirilməsini təşviq edir.

İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndələri çıxış edərək deyiblər ki, Xəzəryanı dövlətlər bütün məsələləri birgə müzakirə edib razılığa gəlməlidirlər. Çıxışlarda müzakirələrin davam etdirilməsinin zəruriliyi vurğulanıb.

İclasda Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.

İclas oktyabrın 24-də işini davam etdirəcək.


Müəllif:

Oxşar xəbərlər