Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç oktyabrın 24-də “ADA” Universitetində olub.
Teleqraf.com xəbər verir ki, Prezident Kolinda Qrabar-Kitaroviç tələbələr qarşısında Azərbaycan-Xorvatiya əlaqələri mövzusunda mühazirə ilə çıxış edib.
Xorvatiya Prezidenti ölkələrimiz arasındakı münasibətləri yüksək qiymətləndirib. O, Azərbaycanın Avropa ilə Asiya arasında oynadığı körpü rolundan, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal əhəmiyyətli enerji layihələrindən danışıb.
Sonda Prezident tələbələrin suallarını cavablandırılıb.