25 Oktyabr 2016 11:01
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Zalber Azərbaycana gəlib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, H.Zalberin səfəri üç gün davam edəcək.

Üç günlük səfər zamanı o, Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin inkişafı, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə ediləcək.


Müəllif:

Oxşar xəbərlər