“Azərbaycan müstəqillik əldə etdiyi ildən bu yana 3 min nəfər xaricdə dini təhsil alıb. Azərbaycanda 2166 məscid mövcuddur. Onlardan 1600-ü daimi fəaliyyət göstərir. Xaricdə təhsil alanlardan 200 nəfəri bu məscidlərdə bu və ya digər vəzifələri yerinə yetirirlər”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı İctimai birliklər və dini icmalar komitəsinin sədri Siyavuş Novruzov deyib.
O, əlavə edib ki, hazırda ölkədə Bakı Dövlət Universiteti, eləcə də İslam Universiteti ilahiyyatçı kadrlar hazırlayır: “Biz öz mütəxəsislərimizdən istifadə etməliyik və bu vacib məsələdir. Eyni zamanda qeyd edim ki, xaricdə təhsil almaq məsələsi də gündəliyimizdə var”.
Nemət