Yaxın günlərdə müxalifət düşərgəsində 4 partiyadan ibarət yeni birlik təsis ediləcək.
Bu haqda Teleqraf.com-a məlumat etibarlı mənbələrdən daxil olub.
Məlumata görə, hazırda müzakirələr aparılır, lakin birliyin adı, strategiyası, fəaliyyət sferası, məqsədi və məramı hələlik müəyyənləşməyib.
Mənbə deyib ki, məqsəd müxalifətin inteqrasiyasını sürətləndirmək, bir arada ola biləcək qüvvələrin konsalidasiyasına nail olmaqdır.
Qeyd olunur ki, artıq Azərbaycan Demokrat Partiyası ilə Vətəndaş və İnkişaf Partiyası ilkin razılıqlarını ifadə ediblər. Digər iki partiya isə təşəbbüsü daxili strukturlarda müzakirə etmək niyyətindədir. Birlik yaratmaq istəyən partiyaların rəhbər heyətlərinin mütəmadi olaraq ADP və VİP-in qərargahlarında bir araya gəldikləri bildirilir.
Araşdırma zamanı məlum olub ki, Müsavat Partiyası və AXCP bu prosesdə iştirakçı deyil. KXCP isə daha çox “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzində fəaliyyət göstərməyini məqbul hesab edir. Beləliklə yaxın dövrdə yeni birlikdə hansı qüvvələrin toplaşdığının şahidi olacağıq.
CAVAD