11 Noyabr 2016 13:11
666

AXCP sədri Əli Kərimlinin daha bir saxtakarlıq əməli üzə çıxıb. Söhbət cəhbəçilərin liderinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa ünvanlandığı məktubdan gedir. Belə ki, AXCP sədri Demokrat Partiyasının prezidentliyə namizədi Hillari Klintonun prezident seçiləcəyini gözləyirmiş. Ancaq Ə.Kərimlinin bu arzusu gözündə qalıb. Nəticə hamının bildiyi kimidir: Donald Tramp ABŞ-ın 45-ci prezidentidir.

Ə.Kərimlinin məktubunda siyasətçi üçün bağışlanılmaz olan üç ciddi səhv var. Bunlardan biricisi odur ki, məktubda ABŞ demokratlarından bəhs olunur.

İkincisi, Ə.Kərimli qeyd edir ki, o, Hillari Klintonun seçiləcinə əmin imiş.

Daha böyük biabırçılıq isə D.Trampa deyilir: “Sizin ərinizin prezidentliyi dövründə...”. Bu, əsl biabırçılıqdır.

Əli Kərimlinin məktubunda o qədər də diqqət yetirilməyən bir nüans da var. AXCP sədri özünü Azərbaycan müxalifətinin lideri kimi təqdim edir. “Azərbaycan müxalifətinin lideri kimi Amerika demokratlarına təbriklərimi çatdırıram” yazır. Bu isə artıq nonsensdir. AXCP Azərbaycanda mövcud olan çoxsaylı müxalifət siyasi partiyalarından biridir və onun özünü lider elan etməsi şəxsi təxəyyülün məhsulundan başqa bir şey deyil.

P.S. Görünən odur ki, Ə.Kərimlinin H.Klintonun həyat yoldaşının prezidentliyi dövründə də əlaqələrin yaradılmasını xatırlaması xatirə olaraq qalacaq. Onun demokratların yeni administrasiyası ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurulacağına ümid etməsi də puça çıxdı.

Səxavət HƏMİD


Müəllif:
Загрузка...