1 Yanvar 2017 15:45
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 1-də İstanbulda “Reina” gecə klubunda törədilən terror aktı ilə əlaqədar Azərbaycanın baş konsulluğunda “qaynar xətt” yaradılıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yaralılar arasında Azərbaycanın iki vətəndaşı olub.

Onlardan biri artıq evə buraxılıb.

Xatırladaq ki, terror aktı nəticəsində həlak olan 39 nəfərdən 21-nin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 15-i xarici ölkə vətəndaşlarıdır. Xəsarət alan 65 nəfərdən dördünün vəziyyəti ağırdır.


Müəllif:

Oxşar xəbərlər