9 Yanvar 2017 14:37
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdur. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sözügedən məsələ ilə əlaqədar vaxtilə müxtəlif fikirlər səsləndirilib. Hər hansı təklif irəli sürüldüyü halda, Azərbaycan tərəfindən müfəssəl şəkildə təhlil olunur”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın İslam hərbi koalisiyasına qoşulması barədə KİV-də gedən xəbəri şərh edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Qeyd edək ki, bu gün KİV-də Azərbaycanın İslam Hərbi Koalisiyasına daxil olmaq barədə qərar qəbul etidiyi barədə məlumat yayılıb. Məlumata görə, Azərbaycan, Tacikistan və İndoneziyanın alyansa daxil olmaq barədə qərarından sonra qurumun üzvlərinin sayı 42-yə çatıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər