12 Yanvar 2017 10:00
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Predanın Azərbaycana səfəri başlayıb.

Səfər zamanı həmməruzəçilər Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini qiymətləndirəcək.

Ştefan Şennax və Sezar Florin Predanın Bakıda Azərbaycan Prezidenti, parlamentin sədri, ədliyyə və daxili işlər nazirləri, Ali Məhkəmənin sədri, baş prokuror, vəkillər kollegiyasının sədri, parlament üzvləri, o cümlədən Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə görüşlər keçirəcəyi planlaşdırılır.

Həmçinin, həmməruzəçilər vətəndaş cəmiyyətinin, müxalifət partiyalarının, eləcə də beynəlxalq ictimaiyyətin nümayəndələri ilə görüşəcək.

Səfər yanvarın 14-də başa çatacaq.//report.az


Müəllif:

Oxşar xəbərlər