“Dünya sürətlə dəyişir. Bir zamanlar nağıllarda oxuduqlarımız reallığa çevrilir. Elm və texnologiya öz zirvəsinə yaxın bir zamanı yaşamaqdadır. Gündəlik həyatımıza daxil olan sosial şəbəkə artıq həyat normasına çevrilib. Facebook, Tvitter, İnstaqram və digər imkanlar hər kəsin müraciət etdiyi ünvandır. Bu məkan həm şəxsiyyətin formalaşması və həm də nümayişi üçün unikal imkandır”.
Teleqraf.com xəbər verir ki, bunu “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib.
O, bildirib ki, ötən dövr ərzində Facebook ona özəl fikirlərimi bölüşməkdə, cəmiyyətlə birbaşa ünsiyyət qurmada, özünü və təmsil etdiyi təşkilatın təqdimatında, Borçalı Cəmiyyətinin fəaliyyəti ilə bağlı ən xırda detallara qədər insanları məlumatlandırmaqda, şəffaflığın təminində əhəmiyyətli rol oynayıb: “Bu auditoriyanı kiminsə şəxsiyyətini, personasını aşağlama məkanına çevirmədim. Bu keçdiyimiz mübarizə yolu və aldığım tərbiyə ilə bağlı məsələdir”.
Cəmiyyət sədri daha sonar bildirib ki, gələn həftədən bu unikal imkandan istifadəni bir müddət dayandırmaq qərarı üzərində düşünür: “Ürəyi istəyən hər birinizlə birbaşa görüşərək təmasa üstünlük verəcəm”.
Qeyd edək ki, bustatusun altından Z. Məmmədli mobil, şəhər telefonlarını və email ünvanını da yazıb.
Cavad