2 Fevral 2017 08:52
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres ABŞ prezidenti Donald Trampın 7 müsəlman ölkəsinin vətəndaşlarına viza qadağasının tətbiq edilməsinə dair qərarını pisləyib.

Teleqraf.com CNN-ə istinadən xəbər verir ki, Antonio Quterres ABŞ və ya digər ölkənin terrordan ən yaxşı qorunma üsulunun müsəlmanlara viza qadağası tətbiq etmək olmadığını, bunun effekt verməyəcəyini bildirib: "Bu kimi qərarlar ən qısa zamanda aradan qaldırılmalıdır".

Qeyd edək ki, Tramp ABŞ-a getmək istəyən 7 ölkə vətəndaşlarına (İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən) viza verilməsinin müvəqqəti olaraq dayandırılması barədə fərman imzalayıb. Fərman böyük etirazlara səbəb olub.

Ayxan


Müəllif:

Oxşar xəbərlər