4 Fevral 2017 13:26
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənilərin nə deməsindən asılı olmayaraq, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasından söhbət gedə bilməz”.

Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

Deputat bildirib ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək.

Onun sözlərinə görə, nizamlama prosesində irəliləyiş olmasa, sülhün alternativi ən azı qarşısıalınmaz silahlanma yarışı və təmas xəttində mütəmadi insidentlər olacaq:“Bu o deməkdir ki, Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirərsə özü üçün problem yaradacaq. Çünki işğalçı dövlət dərin böhran içərisindədir. Münaqişə davam edərsə, Ermənistanın vəziyyəti daha da ağırlaşacaq.

Üstəlik, Azərbaycan öz gücünə ərazi bütövlüyünü təmin etmək hüququndan istifadə edəcək”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər