“Regiondakı ümumi vəziyyət daim Azərbaycanın diqqət mərkəzindədir”.
Teleqraf.com-un məlumatına görə, bu fikri politoloq Mübariz Əhmədoğlu deyib. M.Əhmədoğlu bildirib ki, Azərbaycan regionda gedən proseslərə laqeyd yanaşmır. Onun sözlərinə görə, bölgədəki sabitlik, inkişaf Azərbaycan üçün önəmli məsələlərdir.
“Regionda sülhə və təhlükəsizliyə ən böyük təhdid Ermənistanın işğalçılıq siyasətidir. Ermənistan işğal etdiyi bütün torpaqlardan dinc yolla geri çəkilməlidir. Buna görə beynəlxalq ictimaiyyət aktiv fəaliyyətə keçməlidir. ATƏT-in Minsk qrupu həmsədrləri beynəlxalq hüquq normalarını əsas götürüb işlərini ona uyğun qurmalıdırlar. Əgər Ermənistan bu normalarla razılaşmasa, hərbi əməliyyatlar qaçılmaz olacaq. Bu, Azərbaycanın haqqıdır. Əgər münaqişə dinc yolla həllini tapmasa, Azərbaycanın müharibə etməkdən başqa seçimi qalmır”, deyə politoloq qeyd edib.
Səxavət