13 Fevral 2017 00:10
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qardaşlarımız talışlar, kürdlər və ləzgilər Qarabağ müharibəsində şücaət göstəriblər, qəhrəmancasına həlak olublar, indi də səngərlərdə Azərbaycanı canlarıyla, qanlarıyla qoruyurlar. Elə nəşini geri qaytardığımız, qeyri-bərabər döyüşdə bir neçə işğalçını məhv edən və prezidentin fərmanı ilə Milli Qəhrəman adına layiq görülən Çingiz Qurbanov da Qusar rayon sakinidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu milləyyətcə talış olan azərbaycanlı jurnalistin ailəsi ilə birgə Ermənistana sığınmasına münasibət bildirərkən deyib. Sosial şəbəkədə istisnasız olaraq bütün azərbaycanlıların pislədiyi olayla bağlı müzakirəyə qoşulan E.Şahinoğlu qeyd edib ki, bu, Azərbaycanda milli qarşıdurmaya hesablanmış mənasız cəhddən başqa bir şey deyil:

“Ermənistan hakimiyyəti kəşfiyyat maşının köməyi ilə illərdir Azərbaycanda millətlər arasında qarışıqlıq salmaq istəyir. Alınmır. Bir ara kürdləri işğal altındakı Laçına yerləşdirmək istəyirdi, bu təxribatları da alınmadı. Ancaq hər millətdən xəyantəkarlar olur.

Milliyətçə talış olan keçmiş Azərbaycan vətəndaşının ailəsiylə birgə Ermənistanda məskunlaşdırılması İrəvanın təxribatçı planının bir hissəsidir. Bu, rəsmi İrəvanın bir növ Azərbaycanın ədalətli mövqeyini qəbul edən və Sülh Platformasına qoşulan və "Dağlıq Qarabağ Azərbaycana aiddir" deyən ermənilərə cavabıdır. Ancaq bu platformaya onlarla erməni qoşulub, Ermənistanda məskunlaşan keçmiş Azərbaycan vətəndaşı isə cəmi bir “nümunədir”. Buna baxmayaraq, ehtiyatlı olmalıyıq, Ermənistan hakimiyyətinin təxribatlarına aldanmamalı, sosial şəbəkələrdə hansısa millətin ünvanına ifadələrimizdə korrekt olmalıyıq”.


Müəllif: