16 Fevral 2017 19:39
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin sabiq baş naziri Ehud Barak və İsrail parlamentinin – Knessetin keçmiş sədri, həmçinin dövlət başçısı olmuş Dalia İtzik V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycana gələcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, E.Barakın “Transatlantik əlaqələrin gələcəyi: Real siyasətə qayıdış” adlı prezident panelində çıxışı nəzərdə tutulub. Panel müzakirələrdə E.Barakla yanaşı, Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev, Latviyanın eks-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa, tanınmış jurnalist, “CNN” telekanalının aparıcısı Farid Zakariyanın iştirakı planlaşdırılır.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir martın 16-17-də baş tutacaq. Forumda transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu kimi mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq. Müzakirələrdə dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu ekspertlər iştirak edəcək.

Forumda 50 ölkədən 200-dən artıq hazırkı və sabiq dövlət başçılarının, hökumət rəhbərlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli rəsmilərinin, tanınmış siyasətçilərin, ekspertlərin iştirakı gözlənilir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər