26 Fevral 2017 17:18
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Xocalı soyqırımının 25-ci ildönümü və cəbhədə Ermənistanın törətdiyi son təxribatlar barəsində TRT World (English) kanalına canlı müsahibə verib.

XİN-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, müsahibədə XİN rəsmisi Xocalıda Ermənistanın Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayət və soyqırım törətdiyini, bir gecənin içərisində 600 nəfərdən artıq insanın öldürüldüyünü deyib.

Cəbhədəki son gərginliyə toxunan H.Hacıyev bildirib ki, bu Ermənistanın siyasi təxribatlarının hərbi müstəvidə davamıdır. Məqsəd münaqişənin danışıqlar yolu ilə həllinə imkan verməmək və Xocalı soyqırımının ildönümü ərəfəsində beynəlxalq ictimaiyyətin diqqətinin yayındırılmasıdır.

O əlavə edib ki, gərginliklərin əsas səbəbi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğudur.

H.Hacıyev münaqişənin həll edilməsi üçün beynəlxalq ictimaiyyətin Ermənistana siyasi və hərbi təzyiqlər göstərməli olduğunu və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və tam çıxarılmalı olduğunu vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər