28 Fevral 2017 11:52
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cəbhədə baş verən son döyüşlərdə erməni tərəfi həddindən çox itkilər verib”.

Bunu Teleqraf.com-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.

S.Novruzov deyib ki, erməni tərəfi çoxlu sayda itkilər verib və dəhşətli məğlubiyyətə uğrayıb:
“Erməni tərəfi həmin itkiləri ictimaiyyətdən gizlədir. Ona görə də onlar döyüş meydanından meyitlərin çıxarılması barədə beynəlxalq vasitəçilərin iştirakı ilə əldə olunmuş razılığın şərtlərini kobud şəkildə pozdu. Bu isə beynəlxalq hüququn kobud şəkildə pozulması idi. Azərbaycan tərəfi nə qədər şəhid veribsə, onların adları Müdafiə Nazirliyi tərəfindən elan olunub. Ancaq düşmən tərəfi Ermənistanda baş verən daxili problemlərin daha da qızışacağından qorxaraq, cəbhədə verdiyi itkilərin sayını gizlədir”.


Komitə sədri qeyd edib ki, erməni tərəfi bununla həm də Ermənistanın daxilindəki mövcud gərginliyi və sosial problemləri döyüş bölgəsinə yönəltməyə çalışır:

“Baxarsınız, bir neçə gündən sonra erməni tərəfi verdiyi itkiləri müəyyən dövrlərdə başqa-başqa adlarla ictimaiyyətə açıqlayacaq. Yalandan deyəcəklər ki, həmin hərbiçilər guya son döyüşdə deyil, avtomobil qəzasında, xəstəlikdən və digər səbəblərdən ölüblər. Bu səbəbdən də ermənilər cəsədləri ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə götürmək istəmirlər. Çünki bilirlər ki, belə olsa, itkiləri gizlətməklə bağlı planları ifşa olunacaq”.

S.Novruzov vurğulayıb ki, Azərbaycan ordusunun cəbhədə verdiyi son itkilər erməni tərəfinin iriçaplı silahlardan və artilleriyadan istifadə etməsi nəticəsində baş verib:

“Ancaq Azərbaycan ordusu düşmənin bütün təxribat cəhdlərinə çox tutarlı cavab verib. Bunun nəticəsində ermənilər Azərbaycandan bir neçə dəfə çox itki verib”.

Vasif Həsənli


Müəllif:

Oxşar xəbərlər