3 Mart 2017 18:44
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov martın 5-7-də Rusiyada rəsmi səfərdə olacaq.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Həmçinin E.Məmmədyarovun Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulması münasibətilə təşkil ediləcək sərginin açılış mərasimində iştirakı, Rusiya XİN-nin Diplomatik Akademiyasında çıxışı və digər tədbirlərə qatılması planlaşdırılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər