Bu gün Milli Məclisin yaz sessiyasının növbəti iclası keçiriləcək.
Modern.az saytı xəbər verir ki, parlamentin yaz sessiyasının bugünkü iclasının gündəliyinə 1 məsələ - “Azərbaycan Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında” hesabatı” daxil edilib.
Milli Məclisə hesabatı hökumət adından Baş nazir Artur Rasizadənin verəcəyi gözlənilir.