17 Mart 2017 12:44
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Baş naziri Artur Rəsizadə Milli Məclisin bu gün keçirilən plenar iclasında hökumətin hesabatı ilə bağlı çıxışı zamanı Mehriban Əliyevanı Birinci vitse-prezident təyin edilməsi münasibəti ilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, Artur rasizadə Mehriban Əliyevaya yeni vəzifəsində uğurlar arzu edib: “Mehriban xanım Əliyeva indiyədək Heydər Əliyev Fondunun prezidenti kimi çox əhəmiyyətli işlər görüb, xalqın etimadını qazanıb. Buna görə də onun cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi layiqli addımdır. Mən ona gələcək fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzu edirəm”.


Müəllif:

Oxşar xəbərlər