Müsavat Partiyasının Şəki şəhər təşkilatının inzibati qaydada həbs olunan fəalı Yusif Qarayev bu gün, martın 21-i azadlığa çıxıb.
Bu haqda Teleqraf.com-a Müsavat Partiyasının mətbuat xidmətindən bildiriblər.
Müsavatçı inzibati həbs cəzasının müddəti başa çatdığından sərbəst buraxılıb.
Müsavat Partiyası Şəki rayon şöbəsinin Nəzarət Təftiş Komissiyasının üzvü Yusif Qarayev fevralın 24-də saxlanmışdı. Şəki rayon Məhkəməsi polisə tabe olmamaqda günahlandırılan müsavatçını inzibati qaydada 25 sutka müddətinə həbs etmişdi.