6 Aprel 2017 13:19
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Siyasi partiyaların Əməkdaşlıq Məclisinin toplantısı keçirilib və bir sıra məsələlər müzakirə edilib. Bura ölkəmizdə baş verən hadisələr, yük avtomobillərini idarə edən sürücülərimizin Rusiyada döyülməsi və digər məsələlər daxildir”.

Bunu Teleqraf.com-a Siyasi partiyaların Əməkdaşlıq Məclisində təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib.

Onun sözlərinə görə, iclasda Milli Şuranın aprelin 8-də keçirməyi planlaşdırdığı mitinqinə münasibət də ifadə edilib: “Biz aksiyanı normal hal kimi qiymətləndirdik. Habelə partiya üzvlərinin partiya qatılıb-qatılmaması öz öhdələrinə buraxıldı. Yəni üzvlərin tədbirdə iştirakına və iştirak etməməsinə dair çağırış səsləndirilmədi”.

VİP sədri deyib ki, şəxsən özü mitinqə getməyəcək: “Amma bizim partiyada məsələ müzakirə ediləndə belə mövqe ifadə edildi ki, üzvlərimiz bu məsələdə sərbəstdir. Əməkdaşlıq Mərkəzində müzakirələr zamanı da buna oxşar mövqe ifadə edildi. Biz qərara gəldik ki, aprelin 8-nə qədər kütləvi tədbirlə bağlı mövqe ifadə etməyək”.

Əli Əliyev söyləyib ki, Əməkdaşlıq Mərkəzinin özünün də müəyyən tədbirlər keçirmək planı var: “Amma mən bunun detallarını mətbuatda müzakirəyə çıxara bilmərəm. Özümüzün tədbir keçirmək niyyətimiz var. Hələlik gündəmdə başqa məsələ olduğu üçün, habelə siyasi meydanda faydalılıq əmsalına görə biz keçirəcəyimiz tədbirlər haqda məlumat yaymadıq. Mərkəz bu günə qədər bir sıra tədbirlər keçirib və bundan sonra da bu niyyətini qoruyub saxlayır”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər