Tanınmış rusiyalı teleaparıcı Vladimir Solovyov Bakıya səfəri və Azərbaycan prezidenti İlham Əliyev ilə iki saat davam edən görüşü barədə Vesti.FM-in canlı efirində fikirlərini bölüşüb.
Teleqraf.com vestikavkaz-a istinadla xəbər verir ki, o, ilk növbədə səfərin məqsədini açıqlayıb: “Azərbaycana səfərimin məqsədi prezident İlham Əliyevlə görüş idi. Dövlət başçıları ilə görüşmək və onlarla söhbət hər zaman maraqlı olur. Görüşümüz saat 10-da başladı və 2 saat davam etdi. İlham Əliyev çox savadlı, ağıllı siyasətçi, həm də əsl dövlət xadimidir. İlham Əliyevin fotolardakından daha cavan görünməsi məni təəccübləndirdi. O, hündürboylu və çox xeyirxah insandır. Söhbət əsnasında Ermənistan rəhbərliyinə qarşı heç bir neqativ söz eşitmədim. Mən açıq söhbətə görə İlham Əliyevə təşəkkürümü bildirdim”.
O, səfərinin qısamüddətli olması səbəbindən Bakını gəzə bilmədiyini deyib: “Şəhəri gəzmək imkanım olmadı. Lakin avtomobillə gedərkən Bakının küçələrinin gözəl və səliqəli olması diqqətimi çəkdi. Məşhur memar Zaha Hadid tərəfindən hazırlanmış Heydər Əliyev Mərkəzi həqiqətən möhtəşəm idi”.
Samir