18 Aprel 2017 19:28
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüseyn Nəqəvi: “Gözləyirdik ki, prezident bu xəbəri eşidəndən sonra Osləviyyəyə səfərini ləğv etsin”

Vəramin şəhərinin İran parlamentindəki millət vəkili Hüseyn Nəqəvi Azərbaycanda baş verən sel fəlakətinə toxunaraq təbii fəlakətin ölkə prezidenti Həsən Ruhani üçün əhəmiyyət daşımadığını deyib.

Teleqraf.com xarici emdiaya istinadla xəbər verir ki, o, bu barədə “Fars News” xəbər agentliyinə açıqlama verib:

“Azərbaycanda sel fəlakətinin baş verdiyi bir vaxtda Həsən Ruhani yeni layihələrin açılışı üçün Osləviyyə şəhərinə səfər etdi. O təbii fəlakət bölgəsinə getmək yerinə bu addımı atmaqla göstərdi ki, onun üçün seçkilərə yönəlmiş təbliğat daha çox əhəmiyyət daşıyır”.

Millət vəkili dövlətin sel bölgəsinə yetəri qədər diqqət yetirmədiyi barədə məlumatlı olduğunu da diqqətə çatdırıb:

“Biz gözləyirdik ki, prezident bu xəbəri eşidəndən sonra Osləviyyəyə səfərini ləğv etsin. Əslində oradakı layihələrin əksəriyyəti açılışa hazır deyil, bəzilərinin isə açılış mərasimi keçirilib. Bütün bunlar təbliğat məqsədi güdür”.

Xatırladaq ki, İran rəhbərliyi aprelin 14-də Azərbaycan şəhərlərində 43 nəfərin ölümünə, böyük maddi ziyan və digər ağır nəticələr törədən sel fəlakətinə çox zəif reaksiya verib.

Samir


Müəllif: Samir İsayev

Oxşar xəbərlər