5 May 2017 14:09
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Baş Qərargah rəisi general Hulusi Akar, Prezident Ərdoğanın sözçüsü İbrahim Kalın və Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan Amerikaya qəfil səfər edib.

Teleqraf.com xəbər verir ki, Prezident Ərdoğanın 15-17 may tarixlərində Amerikaya nəzərdə tutulan səfərindən öncə adı çəkilən şəxslər xüsusi təyyarə ilə səhər saatlarında Vaşinqtona uçublar.

Bəzi xəbərlərə görə, general Hulisi Akar, İbrahim Kalın və Hakan Fidan Ərdoğanın ABŞ səfərindən əvvəl Amerika rəsmiləri ilə görüşlər keçirəcək, müzakirələr aparacaq.

Qeyd edək ki, Prezident Ərdoğan ABŞ-a rəsmi səfər zamanı Prezident Donald Trampla bir araya gələcək, iki ölkə arasında münasibətlər, Suriya böhranı, terrorizmlə mübarizə və Fətullah Gülən məsələsini müzakirə edəcək.

ABŞ-ın Suriya-Türkiyə sərhədində PKK və PYD qüvvələrinə hərbi texnika, silah-sursat və hətta canlı qüvvə dəstəyi verməsi haqda xəbərlərdən sonra Türkiyənin ən güclü simalarının qəfil Vaşinqton səfərinin gündəmə gəlməsi Ankara-Vaşinqton diplomatik təmaslarının artması kimi yozula bilər. Görünən odur ki, rəsmi Ankara Vaşinqtonun qarşısında ciddi faktlar qoyacaq. Üstəlik səfərdə iştirak edən şəxslərin hər üçü Prezident Ərdoğana xüsusi yaxınlığı ilə seçilir. Bir gün öncə Ərdoğan mətbuata bəyan edib ki, onun adından ancaq İbrahim Kalın danışa bilər.

Cavad


Müəllif:

Oxşar xəbərlər