9 May 2017 15:52
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Milli Kəşfiyyat Xidmətininn sabiq direktoru Ceyms Klepper Rusiyanın ABŞ-dakı prezident seçkilərinə mümkün təsirləri mövzusunda Konqresdə keçirilən dinləmələr zamanı çaşaraq Rusiya kəşfiyyatı əvəzinə “Sovet kəşfiyyatı” ifadəsi işlədib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı video “Vaşinqton Post” qəzetinin saytında yerləşdirilib.

“2015-ci ilə qayıdaq. Sovet, – üzr istəyirəm, bu lap Freydsayağı yanlışlıq oldu, – Rusiya kəşfiyyatının fəaliyyətinə dair sübutlar var idi. Onlar əsasən, səslərin qeydiyyatı ilə bağlı informasiya toplayırdılar. Ruslar bununla daha əvvəldən məşğul idilər və biz fəaliyyətlərini izləyirdik. 2016-cı ildə onlar aktivləşdilər”, - deyə sabiq direktor bildirib.

Bununla belə, Klepper senatorlara bildirib ki, ona respublikaçı Donald Trampın ətrafı ilə Rusiya nümayəndələri arasında danışıqların aparılmasına dair heç nə məlum deyil. Milli Kəşfiyyatın sabiq baş direktoru qeyd edib ki, Rusiyanın ABŞ-da və digər ölkələrdə seçkilərə təsir göstərdiyi və göstərməyə davam etdiyi barədə onda əminlik qalmaqdadır.

Qeyd edək ki, “Freydsayağı yanlışlıq” ifadəsi psixoanalizin banisi Ziqmund Freydin adı ilə bağlıdır. Freyd müəyyən edib ki, insan danışarkən ağzından hansısa arzuolunmaz söz çıxırsa, bu, həmin məsələnin əsas motivi ola bilər.

Səxavət


Müəllif:

Oxşar xəbərlər