Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın liderliyi ilə İŞİD-ə qarşı qurulan beynəlxalq koalisiyanın nümayəndəsi Con Dorrian jurnalistlərə deyib.
O bildirib ki, Amerika tərəfi İŞİD-ə qarşı mübarizə üçün YPG-yə verməyi planlaşdırdığı silahların bir qismini dərhal göndərəcək:
“Bu proses bütövlükdə mərhələli şəkildə və ciddi nəzarət altında həyata keçiriləcək”.
Rakka əməliyyatından sonra silahların YPG-dən geri alınıb-alınmayacağı haqda suala cavab verən Con Dorrian bildirib ki, bu silahlar İŞİD-ə qarşı müharibədə istifadə ediləcək.
Qeyd edək ki, YPG-yə avtomat, artilleriya vasitələri, pulemyotlar veriləcək.
Türkiyənin ciddi etirazlarına baxmayaraq, ABŞ Prezidenti Donald Tramp YPG-yə silahların verilməsi haqda sənədi təsdiqləyib.
Cavad