Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə İstanbul şəhərində baş verib.
Nadejda Şapovalın hərəkətləri evdəki təhlükəsizlik kameralarına əks olunub. O, iki yaşlı uşağı döyür, təhqir edir və ona işgəncələr verir.
Azyaşlının anası Marianna isə olanları belə şərh edib: "Biz bir müddət öncə ərim və oğlumla Dneprdən Türkiyəyə gəldik. Ərim işləmək üçün başqa şəhərə getdi. Bu səbəbdən dayə axtardım və Nadejda adlı bu qadını seçdim.
O, Ukraynanın Suma şəhərindədir. Mən ona aylıq 500 dollar maaş verirdim. Ancaq evdə yerləşdirdiyim kamera qeydlərinə baxdığımda dəhşətə gəldim".
Məlumatlara görə, Nadejda Türkiyəyə turist vizası ilə gəlib və qeyri-qanuni formada burada şirkətlərdən birinə işə düzəlib. Hazırda faktla bağlı araşdırmalar davam edir.
Həmin görüntüləri təqdim edirik:
Samir