21 May 2017 12:12
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada keçirilən Ədalət və İnkişaf Partiyasının fövqəladə qurultayına İzmirdən gələn qurultay nümayəndələri yolda qəzaya düşüb, 26 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, hadisə Ankara-İzmir şosesində baş verib. Qurultay nümayəndələrini Ankaraya çatdırmalı olan avtobus Poladlı ərazisində qəzaya düşüb. İçində 39 nəfərin olduğu avtobusda 26 nəfər yaralanıb. Dərhal hadisə yerinə təcili tibbi yardım avtomobilləri gəlib və yaralıları yaxınlıqdakı xəstəxanalara aparıb.

Xatırladaq ki, bu gün Ankarada Ədalət və İnkişaf Partiyasının qurultayı keçirilir. Fövqəladə qurultayda Prezident Ərdoğanın partiya sədri seçiləcəyi gözlənilir.


Müəllif: Cavad

Oxşar xəbərlər